Menyu
Səbətiniz

Zəmanət şərtləri

bizimOda warranty

ZƏMANƏT SERTİFİKATI

bizimOda mağazalarında satılan məhsullar üçün şirkət tərəfindən zəmanət sertifikatı verilir. Zəmanət şərtləri o vaxt işə düşür və effektiv olur ki, məhsullar müştəri ünvanında bizimOda çatdırılma və quraşdırılma xidmətinin əməkdaşları tərəfindən quraşdırılıb, təhvil verilsin, sonrakı müddət ərzində məhsulların müştəri tərəfindən yerdəyişməsi həyata keçirilməsin.

Zəmanət müddəti ərzində malda istehsalçı tərəfindən buraxılan qüsur aşkarlandığı halda, Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” qanununun tələblərini nəzərə alaraq, malda yaranan qüsurun səbəbini müəyyənləşdirmək və doğru müdaxilə etmək üçün şirkətin satışdan sonra xidmət qurumu məhsula baxış keçirməlidir. Bunun üçün aşağıdakı prosedur izlənir:

-        Müştəri malda hər hansı qüsur aşkar etdikdə, bu qüsuru təsvir edən şəkil və ya video materialı müştəri xidmətlərinə təqim etməlidir.                                              Whatsapp: 0702177121, E-mail: info@bizimoda.az

-        Göndərilən məlumat əsasında satışdan sonra xidmət qurumu vəziyyəti analiz edərək, lazımi müdaxilə həyata keçirir. Əgər ehtiyac yaranarsa, öncə yerində məhsula canlı baxış həyata keçirilir.

Əgər istehsalçıdan qaynaqlanan problemin aradan qaldırılmasında eyni materialda uyğun rəng tonu və teksturası mövcud deyilsə, ona yaxın materiallardan istifadə edərək, qüsurun aradan qaldırılması həyata keçirilə bilər.

Mebel məhsulları müştəri ünvanına çatdırılıb, paketdən açılaraq, qüsursuz şəkildə montaj edilib təhvil verildiyi andan etibarən məhsul müştərinin mülkiyyətinə keçir. Əgər müştərinin geri qaytarılma tələbi yaranarsa, bu tələb malın həcminə uyğun əməliyyat xərclərinin müştəri tərəfindən qarşılanmasından sonra icra oluna bilər. Eyni zamanda şirkət malların qaytarılmaması haqqını özündə saxlayır.

Zəmanət müddətləri aşağıdakı period üzrə effektivdir:

*Sadə matraslara zəmanət verilmir.

**Vitrindən və defektli olduğuna görə endirimlə satılan mallara zəmanət verilmir.

Divan skeletləri..............................5 il

Panel mebellər................................2 il

Stullar/Oturacaqlar......................1.5 il

Mexanizmlər..................................1 il

Matraslar........................................1 il*

Divan/Çarpayı parça və dərilər......1 il

Mebel üzərində işıqlar..................6 ay

Ev tekstilləri..................................3 ay

 

“Zəmanət Sertifikatı” itirilməməli, zəmanət xidmətlərinin alınması üçün təqdim edilməlidir.

“Satışdan Sonra Xidmət” aşağıda göstərilən hallarda “Zəmanət Sertifikatı” əsasında xidməti ödənişsiz göstərir:

-Müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb;

-Müəyyən olmuş qüsur həmin malın zəmanət müddətində aşkarlanıb.

 

“Zəmanət Sertifikatı”nın qüvvədən düşdüyü və qüsurun ödənişli əsaslarla həyata keçirildiyi hallar:

-Müəyyən olsa ki, malda qüsur istehlakçı tərəfindən yaranıb, yəni mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması, yad cismin cihaza düşməsi, yanğın, nəmişlik, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən malda təmir işləri aparma (müdaxilə olunma) nəticəsində zəmanət xidməti göstərilmir və təmir ödənişli şəkildə həyata keçirilir. İstehlakçı tərəfdən yaranan qüsura görə “bizimOda” heç bir məsuliyyət daşımır;

Zəmanət Sertifikatının şərtləri ilə tanış oldum və heç bir iradım yoxdur. Tarix: _____________________

Müştəri (ASA): ________________________                                           Məsul şəxs: Əliyev Məcid Eldar oğlu

İmza:                                                                                                           İmza/Möhür: